SN: “Bəzi bölgələrdə qızılcaya yoluxma halları müşahidə edilib, epidemioloji vəziyyət stabildir”

0
1888

“Azərbaycanın bəzi bölgələrində qızılca virusuna tək-tək yoluxma halları müşahidə edilib. Hadisələr qızılca əleyhinə peyvənd olunmayan uşaqlar arasında qeydə alınıb”.

Bineqedi.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, bununla əlaqədar olaraq xəstəlik ocaqlarında əks-epidemik tədbirlər aparılıb, qızılca peyvəndindən kənarda qalan uşaqlar QPM (qızılca-parotit-məxmərək əleyhinə) vaksini ilə peyvəndə cəlb olunurlar:

“Hazırda peyvənd işləri davam etdirilir, epidemioloji vəziyyət stabildir. Qızılca xəstəliyinə yoluxma hallarının qarşısının alınması məqsədilə hər hansı səbəbdən peyvənddən kənar qalan uşaqların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində qızılca, epidemik parotit və məxmərək infeksiyaları əleyhinə QPM vaksini ilə peyvənd edilməsi tövsiyə olunur”.

Qeyd edək ki, son günlər ölkənin bir neçə bölgəsində olduğu kimi Kürdəmirdə də qızılca xəstəliyinə yoluxanların sayında artım müşahidə olunur.

Son 10 gündə rayonu cənginə alan qızılca xəstəliyi bir çox kəndlərə də yayılıb.

Artıq xəstəxanaya 60-a yaxın müraciət daxil olub.

Hazırda onlardan doqquzu stasionar müalicə alır, digərləri isə ambulator müalicə olunaraq evə buraxılıblar.

Əvvəlki məqaləƏhaliyə dəm qazı ilə bağlı – Müraciət
Növbəti məqalədəElxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi – FOTO