Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının bir qrup əməkdaşı və gənc fəalı 1 Oktyabr – Beynəlxalq Ahıllar Günü ilə bağlı Binəqədi rayonunda yaşayan aztəminatlı ahıl ailələrə baş çəkərək onlara sovqatlar təqdim ediblər.
Bineqedi.info-ya verilən məlumata görə, ziyarət zamanı Binəqədi rayonunun bütün qəsəbə və sahə inzibati ərazi dairələri üzrə aztəminatlı ahıl ailələr müəyyən edilərək evləri ziyarət edilib, onların qayğıları ilə maraqlanılıb, gənc fəllar tərəfindən yardım məqsədilə evlərində təmizlik, səliqə-səhman işləri görülüb. Ahıl insanlara bayram sovqatları, ərzaq bağlamaları təqdim edilib.
Görüş zamanı ahıllar ziyarətdən məmnun olduqlarını, onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti, YAP-ın sədri cənab İlham Əliyevə təşəkkür ediblər.
Qeyd olunub ki, ölkəmizdə ahıl insanlara, aztəminatlı ailələrə daim yardımlar edilir, onların sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində dövlət proqramlar həyata keçirilir.