Binəqədidə yaşayış binasında yanğın – Video

0
1530
bineqedi-yangin

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Mir Cəlal keçəsi 145 ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub. 

Bineqedi.com xəbər verir ki, FHN-dən verilən məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən tüstülənmiş mənzillərdən 15 nəfər bina sakini təxliyə olunub.

Əvvəlki məqaləBinəqədidə qəza törədən sürücünün boğazını kəsdilər
Növbəti məqalədəMəktəblərdə qızılca ilə bağlı vəziyyət necədir? – Nazir açıqladı