Prezident İlham Əliyev general-polkovnik Məhərrəm Əliyevlə bağlı Sərəncam imzalayıb.
Bineqedi.com xəbər verir ki, Sərəncama əsasən, Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilib.
Prezidentin digər Sərəncamı ilə Məhərrəm Əliyev Azərbaycanın Belarusda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qeyd edək ki, daha əvvəl Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, Azərbaycanın Tacikistandakı səfiri kimi vəzifələri tutmuş Məhərrəm Əliyev 2019-cu ilin noyabrında Prezident Adminstrasiyasının Hərbi Məsələlər üzrə şöbəsinin müdiri – Prezidentin köməkçisi təyin edilmişdi.
***
Hüseyn Nizami oğlu Nəcəfov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 9-da müvafiq sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə dövlət başçısının digər sərəncamı ilə Qüdsi Dursun oğlu Osmanov təyin olunub.
Müvafiq olaraq, Q.D.Osmanov Prezidentin sərəncamı ilə Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb və onun yerinə Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifəsindən geri çağırılmış Ülvi Vaqif oğlu Baxşəliyev təyin edilib.