Bakıda velosiped yolları layihəsi çərçivəsində yol kəsişmələrində təhlükəsizlik tədbirlərinin artırılması məqsədilə yaşıl boya çəkilir.
Bineqedi.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, həmin kəsişmələrdə yaşıl boya velosipedlərin hərəkətinin üstün olduğunu bildirir və nəqliyyat vasitələri tərəfindən zolaqla hərəkət edən velosipedçi, skuterçilərə yol verilməsini tələb edir.
Eyni zamanda qeyd olunan nişanlanma mikromobillik vasitələrinə qarşıda diqqətli olmalarını bildirir.
![](https://qafqazinfo.az/uploads/1703137533/1.jpg)
![](https://qafqazinfo.az/uploads/1703137533/3.jpg)
![](https://qafqazinfo.az/uploads/1703137533/4.jpg)