Lavrov Ermənistanı Zəngəzur dəhlizinin açılışını gecikdirməkdə İTTİHAM EDİB

0
2126
sergey-lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanı Zəngəzur dəhlizinin açılışını gecikdirməkdə ittiham edib.

Rusiya XİN rəhbəri bu barədə mətbuat konfransında deyib.

“Çox təəssüf edirəm ki, Sünik bölgəsindən Ermənistan üçün belə faydalı marşrutun açılması hələ də kağız üzərində qalır. Mən bunun səbəbini İrəvanın mövqeyində görürəm. İrəvana kimin məsləhət verdiyini bilmirəm. Görünür, onlar bunu tövsiyə edir. Biz gördük ki, Aİ, Fransa, Almaniya və ABŞ Rusiya-Ermənistan-Azərbaycan prosesinin marşrutların açılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsinin hazırlanması ilə nəticələndiyini anlayan kimi, dərhal bu proseslərə dəvətsiz sızmağa başladılar və spoyler rolunu oynadılar”, – o bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan əsas hissəsi ilə Naxçıvan arasında quru yol əlaqəsini İran ilə eyni şərtlərdə təmin etməyə hazır olduğu ilə bağlı açıqlamasını məntiqsiz adlandırıb.

“Mən burada heç bir məntiq görmürəm. Bu marşrutları müqayisə etmək yersizdir”, – o deyib.

Lavrov qeyd edib ki, 2021-ci ildə Rusiya, Ermənistan və Azərbaycanın baş nazirləri səviyyəsində yaradılan üçtərəfli işçi qrup çərçivəsində müəyyən edilib ki, bütün kommunikasiya və marşrutlar açılan zaman, ərazisindən istənilən bu cür marşrutun keçdiyi ölkə öz ərazisində bu marşrutlar üzərində suverenliyini və yurisdikasiyasını tam qoruyub saxlayır.

“2023-cü ilin iyun ayında işçi qrup çərçivəsində dəmir yolları ilə bu cür kommunikasiyanın bərpası barədə razılıq əldə olundu. Lakin sonra hamısı necəsə yox oldu. Bu cür yayınmalar tez-tez baş verir. Bilmirəm, bu razılaşmaları yekunlaşdırmağa nə mane oldu. Qərbli dostların “xeyirxah” məsləhətləri həmişə Cənubi Qafqazda olur. Qərbin məsləhətləri öz maraqlarını qorumağa yönəlib”, – deyə Lavrov əlavə edib.

Qeyd edək ki, bir qədər əvvəl Paşinyan bildirib ki, İrəvan Azərbaycan əsas hissəsi ilə Naxçıvan arasında dəmir yolu və quru yol əlaqəsini İranla eyni şərtlərdə təmin etməyə hazırdır.trend.az

Əvvəlki məqaləPensiya kapitalını tam götürmək mümkün ola bilər
Növbəti məqalədəƏhali arasında yayılan xəstəlik nədir? – TƏBİB-dən AÇIQLAMA