Binəqədidə ikimərtəbəli evdə yanğın olub

0
3150
fhn-yangin-gencler-telim.png

Binəqədidə ikimərtəbəli evdə yanğın olub.

Bineqedi.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 200 kvadratmetr (hər mərtəbəsi 100 kvadratmetr) olan ikimərtəbəli beşotaqlı evin zirzəmisinin yanar konstruksiyaları və istifadəyə yararsız ev əşyaları 20 kvadratmetr sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Bakıda yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 30 kvadratmetr olan qarajın yanar konstruksiyaları və içərisində olan “Changan” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əvvəlki məqaləPaşinyan uçurumun kənarına çatdı
Növbəti məqalədəŞəhid ailəsinin üzvləri özəl universitetlərdə pulsuz təhsil alacaqlar