Prezident: “Qoşulmama Hərəkatına sədrliyimiz dövründə təşkilat daxilində çox səmimi ab-hava yaratdıq”

0
4031
prezident-ilham-eliyev-susa-cixis-ilham-aliyev-shusha.png

Biz dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etdik. Bununla biz həmin təşkilat daxilində çox səmimi ab-hava yaratdıq.

Bineqedi.com xəbər verir ki, bu fikri Prezident İlham Əliyev martın 14-də Bakıda işə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.

Azərbaycanın Avropa İttifaqının üzvləri ilə, eləcə də İslam Əməkdaşlıq Təşkilatında fəal əməkdaşlıq həyata keçirdiyini vurğulayan dövlət başçısı deyib: “Beləliklə, biz müxtəlif ölkələri bir araya gətirə bilirik və bununla da iqlim dəyişikliyi məsələlərini həll etməyə çalışırıq”.

Bir neçə ay sərf etməli olduq ki, həmin abidəni (Natəvanın vandalizm aktına məruz qalmış heykəli – red.) Eviandan götürüb Azərbaycanın Mədəniyyət Mərkəzinin həyətinə gətirib orada yerləşdirək. Hazırda Natəvanın abidəsi oradadır.

Dövlət başçısı, həmçinin qeyd edib: “Bu, əslində, onu göstərir ki, biz suverenliyimizi bərpa etdikdən sonra nə ilə üzləşmişik. Bu, əslində, ikili standartların nümayişidir”. Fransanın ərazi bütövlüyünü bərpa etməyə kömək olmaq üçün Ukraynaya hərbi qüvvələrini göndərməsi ilə bağlı bəyanata toxunan Prezident İlham Əliyev vurğulayıb ki, bizim ərazi bütövlüyümüzün bərpasına gəldikdə, onlar Azərbaycanı cəzalandırmağa çalışırlar.

Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi – birincisi, bu, beynəlxalq hüququn tam pozulması, ikincisi isə bu, belə bir ölkə üçün çox böyük iddia idi.

“Onlar hesab edirdilər ki, əbədi olaraq bizim torpaqlarımızı işğal altında saxlaya bilərlər”, – deyən dövlət başçısı əlavə edib ki, onlar bundan 2020-ci ilin sentyabr-noyabrında dərs götürdülər.

prezident-natevanin-heykelinden-danisdi

Əvvəlki məqaləBinəqədidə Yel Çərşənbəsinə həsr edilmiş tədbir keçirilib – Foto
Növbəti məqalədəBinəqədi RİH yanında İctimai Şuranın növbəti iclası keçirildi – Foto