Binəqədi RİH yanında İctimai Şuranın növbəti iclası keçirildi – Foto

0
4936

Binəqədi RİH yanında İctimai Şuranın növbəti iclası və Qeyri-Hökumət Təşkilatları ilə qarşılıqlı fəaliyyətin təşkili ilə əlaqədar görüş keçirilib.

Bineqedi.com xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, RİH yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, Şuranın üzvləri və rayon ərazisində fəaliyyət göstərən QHT-lərin rəhbərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev öz işini “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında quran İctimai Şura ilə sıx əməkdaşlıq əlaqələrindən, vətəndaşların qarşılaşdığı problemlərin həllinə ictimai dəstəyin təmin edilməsi üçün müvafiq işlərin aparılmasının vacibliyindən, rayon ərazisində fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları ilə həyata keçirilən layihələrdən danışıb. N.Allahverdiyev çıxışında ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması münasibətilə gerçəkləşdirilən tədbirlərin əhəmiyyətindən bəhs edib.

Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev hesabat məruzəsi ilə çıxış edərək Şuranın fəaliyyətindən, gördüyü işlərdən, İctimai Şura ilə dövlət qurumları arasında əlaqələrin daha da möhkəmlənməsi, rayon sakinlərinin qarşılaşdıqları problemlərin həllinə ictimai dəstəyin təmin edilməsi istiqamətində görülən zəruri işlərdən söz açıb.

Digər çıxış edənlər vətəndaşlar tərəfindən qaldırılan problemlərin həllinə ictimai dəstəyin təmin edilməsi istiqamətində görülən işlərdən, eyni zamanda İctimai Şuranın daha aktiv fəaliyyət istiqamətlərinə dair müzakirələr aparıblar.

Bineqedi.com



Əvvəlki məqaləPrezident: “Qoşulmama Hərəkatına sədrliyimiz dövründə təşkilat daxilində çox səmimi ab-hava yaratdıq”
Növbəti məqalədəAzərbaycanda girov belə azad edildi – DTX-dən antiterror tədbiri – Video