Binəqədidə evə neft axır – VİDEO

0
2489
resulzade-qesebesi-bineqedi-rasulzade

Bakının Binəqədi rayonu, “Mədən – 2” adlanan ərazidə evin zirzəmisinə neft dolub. Mənzilin otaqlarını kəskin qoxu bürüyüb.

Xezerxeber.az-ın məlumatına görə, ev sahibi Rövşən Qasımov iddia edir ki, mənbəyi bilinməyən neftin zirzəmiyə dolması nəticəsində evdə təhlükəli vəziyyət yaranıb.

Onun sözlərinə görə, evə bir neçə dəfə aidiyyəti qurumlar tərəfindən baxış keçirilsə də, ona nəticə ilə bağlı məlumat verilməyib.

R.Qasımov ümid edir ki, problemin həlli üçün aidiyyəti qurumlar tərəfindən ona qısa müddətdə köməklik göstəriləcək.

Ətraflı süjetdə:

Əvvəlki məqaləBinəqədidə liftdən meyit tapıldı
Növbəti məqalədəBinəqədidə binanın zirzəmisi su ilə dolub: Təhlükəli vəziyyət yaranıb – VİDEO