Binəqədidə əmək yarmarkası keçiriləcək

0
4101
Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialının və Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı şəhərində əmək yarmarkası keçiriləcək.
Bineqedi.com xəbər verir ki, tədbirdə 10 müəssisə tərəfindən 180 vakansiyanın əmək yarmarkasına çıxarılması nəzərdə tutulub. Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır. Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.
 Ünvan və tarix:
 Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 112 (Binəqədi rayon Gənclər Evinin inzibati binası)
 29 mart 2024
11:00-13:00
Əvvəlki məqaləABŞ və Aİ-nin siyasi riyakarlığı – Azərbaycan qurulan oyunların fərqindədir – ŞƏRH
Növbəti məqalədəBakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib