Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO

0
3600
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com saytına verilən məlumata görə, görüşdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev, YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Aparatın məsul şəxsləri, bələdiyyə, bələdiyyənin əməkdaşları, nümayəndəlik, nümayəndəliyin əməkdaşları, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin M.Cəlal küçəsi 35 saylı, S.Məmmədova küçəsi 209 saylı və M.Cəlal küçəsi 103 saylı ünvanlarda binanın zirzəmisinin və girişlərin dezinfeksiya olunması, M.Cəlal küçəsi 21 saylı və Cavadxan küçəsi 5 saylı ünvanlara oturacağın quraşdırılması, İ.Dağıstanlı küçəsində sahibsiz heyvanların yığışdırılması, M.Cəlal küçəsi 109 saylı ünvanda yanğın nəticəsində yanmış ağacın budanması, M.Cəlal küçəsi 109 saylı ünvanda istiliyin olmaması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com
Əvvəlki məqaləBinəqədidə yük və minik maşınları toqquşdu – Ölən var
Növbəti məqalədəBu kolleci seçənlərə hər ay ödəmələr ediləcək