Binəqədidə yük və minik maşınları toqquşdu – Ölən var

0
2940
qeza-tecili-yardim-bicaqlanma-kriminal

Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bineqedi.com saytı xəbər verir ki, hadisə Novxanı-Pirşağı avtomobil yolunda qeydə alınıb.

Belə ki, 09.04.2024-cü il tarixdə saat 14:00 radələrində Qarayev Mübariz Nizami oğlu idarə etdiyi “Hyundai” markalı yük avtomobili ilə Allahverdiyev Mahir Adif oğlunun idarə etdiyi “Kia-sorenta” markalı avtomobil toqquşub.

Nəticədə hər 2 sürücü müxtəlif dərəcəli xəsarətlər alaraq Sumqayıt şəhər Təcili Yardım xəstəxanasına yerləşdirilib.

M.Allahverdiyev 09.04.2024-cü il tarixdə saat 18:00-da aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada ölüb.

Faktla bağlı Binəqədi RPİ-nin İstintaq şöbəsində araşdırma aparılır.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 2 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən bildirilib ki, məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşaqlar xilas olunub.

Əvvəlki məqaləİcra başçısı onu özünə birinci müavin təyin etdi – FOTO
Növbəti məqalədəElxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO