Binəqədi rayonunda növbəti ağacəkmə aksiyası keçirilib – Foto

0
3393
Ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərancamına uyğun olaraq Binəqədi rayonunda yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir.
Bineqedi.com saytı xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin və Xocəsən bələdiyyəsinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirildi. Aksiya çərçivəsində Binəqədi rayonu, Xocəsən qəsəbəsinin ərazisində yerli iqlimə uyğun 200 ədəd həmişəyaşıl ağac əkildi. Ağacəkmə aksiyası çərçivəsində yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərildi və iməclik işləri görüldü.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Hacıbaba Babayev, şöbə müdiri Rauf Həsənov, Xocəsən bələdiyyəsinin sədri Nigar Məmmədova, RİH başçısı Aparatının və rayon ərazisində fəaliyyət göstərən digər qurumların məsul əməkdaşları iştirak etdilər.
Əvvəlki məqaləBinəqədidəki dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ – ANBAAN VİDEO
Növbəti məqalədəBinəqədidə qardaşları bıçaqlayan şəxsin cəzası azaldıldı