Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı

0
3131

Bu ilin yanvarında Binəqədi rayonundakı mebel sexində 10 nəfərin ölümünə səbəb olan partlayışa görə həbs edilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işi üzrə ibtidai araşdırma davam edir.

Bineqedi.com saytı qafqazinfo-ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxslər yenidən məhkəmə qarşısına çıxarılıblar. Prokuror seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən uzadılmasını xahiş edib.

Binəqədi Rayon Məhkəməsi təqdimatı əsaslı hesab edib. Qərara əsasən, T.İbrahimov və T.Rzayevin həbsdə saxlanma müddəti daha 2 ay uzadılıb.

Qeyd edək ki, Tağı İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşıdır. O, uzun müddət ATV telekanalının prezidenti olub.

***

Bakı şəhər, Binəqədi rayonu 7-ci mikrorayon ərazisində 48 yaşlı daun sindromlu şəxs itkin düşüb.

Bu barədə məlumat Baku.ws-in qaynar xəttinə daxil olub.

Bildirilib ki, Həzi Əhmədov adlı şəxs “Talışların binası” adlanan ərazidən yoxa çıxıb.

Onu görənlərdən (070) 449-49-10 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Əvvəlki məqaləBinəqədidə İctimai Şuranın üzvləri ilə görüş keçirilib – Foto
Növbəti məqalədəBu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb