Binəqədidə abadlıq və quruculuq işləri davam etdirilir – Foto

0
3541
Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində abadlıq-quruculuq işlərinin aparılması davam etdirilir.
Bineqedi.com saytı xəbər verir ki, görülmüş abadlıq və quruculuq işləri çərçivəsində Süleyman Sani Axundov küçəsi 8, İbrahimpaşa Dadaşov küçəsi 71, Şövkət Məmmədova küçəsi 15 ünvanlarında yerləşən məhəllələrdə abadlaşdırma və yenidənqurma işləri çərçivəsində yer örtükləri 1560 m² tamet daşlarla yenilənmiş; 12 işıq dirəyi, 16 oturacaq, 6 söhbətgah, 3 əyləncə və 10 idman qurğusu quraşdırılmış; 340 metr səki daşı düzülmüşdür; 200-dək şam ağacı əkilmiş, mövcud ağaclar budanılmış və yeni yaşıllıq guşələri salınmışdır. Eyni zamanda Binəqədi RİH təşəbbüsü ilə Azadlıq metrostansiyasının üzərində yerləşən parkda əsaslı təmir aparılmış və Azadlıq prospekti boyu abadlıq və təmir işləri aparılmış, yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir. Bu istiqamətdə işlər hal-hazırda davam etdirilir.
Əvvəlki məqaləŞəhid ailəsi üzvlərinə təhsillə bağlı yeni imtiyaz VERİLDİ
Növbəti məqalədəTaksi sürücülərinin NƏZƏRİNƏ!