Binəqədi rayonunda avtomobillər toqquşub, xəsarət alan var

0
3139
qeza-tecili-yardim-bicaqlanma-kriminal

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi olub.

Bineqedi.com xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Həsənov Elşad Əkrəm oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Bakıda usta işlədiyi evlərdən oğurluqlar etdiyi üçün saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Binəqədi rayonunun Goradil və Fatmayı bağlar massivində yerləşən 7 evdən oğurluq edilib. Rayon polis idarəsinin 43-cü Polis Bölməsinə müraciət edən zərərçəkənlər mənzillərdən və həyətyanı sahələrdən məişət əşyalarının oğurlandığını bildiriblər.

Həyata keçirilən tədbirlərlə cinayət əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 33 yaşlı Ceyhun Verdiyev saxlanılıb. Araşdırmalarla onun usta kimi işlədiyi daha bir mənzildən də təmir-tikinti alətləri oğurladığı müəyyən edilib.

Faktlarla əlaqədar 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

 

Əvvəlki məqaləBinəqədinin icra başçısı Xocəsən qəsəbəsi sakinləri ilə səyyar qəbulu keçirilib – Foto
Növbəti məqalədəPrezident İlham Əliyev Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub