Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO

0
3440
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com saytı xəbər verir ki, görüşdə YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev, Aparatın məsul şəxsləri, bələdiyyə, bələdiyyənin əməkdaşları, nümayəndəlik, nümayəndəliyin əməkdaşları, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin İ.Hacıyev küçəsi 4 ünvanında sıradan çıxmış asfalt örtüyünün bərpa edilməsi, Q.Hacıbababəyov küçəsinə küçə işıqlarının çəkilməsi, Z.Qəmbərov küçəsindən Azadlıq pr. dönərkən işıqforun avtomobil sıxlığına uyğun tənzimlənməsi, R.Aboyev adına olan parkda qurumuş ağacların götürülməsi, 3-cü Dəmiryol küçəsində kanalizasiya xəttinin bir hissəsinin dəyişdirilməsi, Zəngəzur küçəsində suyun təzyiqinin artırılması, 1-ci Dəmiryol və Ə.M.Axundov küçələrinin kəsişdiyi ünvanda Azərsu tərəfindən qazılmış hissədə sıradan çıxmış asfalt örtüyünün bərpa edilməsi, Şəhid Z.Mehdiyev küçəsi, döngə 2 ünvanına asfalt örtüyünün vurulması
ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com
Əvvəlki məqaləBinəqədidə “Müstəqilliyimiz əbədidir!” adlı tədbir keçirilib – Foto
Növbəti məqalədəTəbiətin möcüzəsi: Azərbaycanın “neft” vulkanları