Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO

0
4003
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com saytına verilən məlumata görə, görüşdə YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, bələdiyyənin əməkdaşları, nümayəndəlik, nümayəndəliyin əməkdaşları, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Svetlana Məmmədova küçəsi 209 ünvanında oturacaqların quraşdırılması, İsrafil Həşimov küçəsi 4/a ünvanında ağacların zərərverici həşəratlara qarşı dezinfeksiya olunması və aqrotexniki qulluğun göstərilməsi, İsrafil Həşimov küçəsi 8 ünvanında yerləşən binanın zirzəmisində kanalizasiya xəttlərinin təmiri, Mir Cəlal küçəsi 105 ünvanında binanın qarşısında küçə işıqlarının təmir olunması, Mir Cəlal küçəsi 33 ünvanında oturacaqların quraşdırılması, 9-cu mikrorayon, Mir Cəlal küçəsinin ərazisindən sahibsiz heyvanları yığışdırılması, Cavadxan küçəsi 4 ünvanında kanalizasiya xəttinin yuyulması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com
Əvvəlki məqaləSvetoforun qırmızı işığında keçən və “protiv” sürənlər 100 manat cərimələnəcək
Növbəti məqalədəBaş prokuror Binəqədidə vətəndaşları qəbul edib – Fotolar