Bakının yollarında aparılan təmir işləri ilə əlaqədar iyulun 1-nə qədər nəqliyyat vasitələrinin hərəkəti Afiyəddin Cəlilov küçəsində (Yusif Səfərov küçəsindən Xəqani Rüstəmov küçəsinə qədər) tam, Parlament prospektində (Mehdi Hüseyn küçəsindən Mikayıl Müşfiq küçəsinə qədər) və Azadlıq prospektində (Mixail Kaveroçkin küçəsindən Cəfər Xəndan küçəsinə qədər) qismən məhdudlaşdırılıb.
Bineqedi.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Parlament prospektində fəaliyyət göstərən 18, 39, 205 nömrəli və Azadlıq prospektində fəaliyyət göstərən 4, 6, 17, 26, 33, 83, 85, 88, 88A, 133 və 165 nömrəli müntəzəm avtobus marşrutlarının sürücülərinə hərəkətdə olarkən diqqətli olmaları, təmir aparılan küçələrdə quraşdırılan müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.