Binəqədi RİH yanında İctimai Şuranın növbəti iclası keçirildi.
Bineqedi.com saytı xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyəti başçısının Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov, RİH yanında İctimai Şuranın sədri Aslan Mehdiyev və Şuranın üzvləri iştirak etdilər.
İclasda Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev hesabat məruzəsi ilə çıxış edərək 2024-cü ilin birinci yarımili ərzində Şuranın fəaliyyətindən, İctimai Şura ilə dövlət qurumları arasında əlaqələrin daha da möhkəmlənməsi, rayon sakinlərinin qarşılaşdıqları problemlərin həllinə ictimai dəstəyin təmin edilməsi istiqamətində görülən zəruri işlərdən söhbət açdı.
Məruzə ətrafında çıxış edən Rayon İcra Hakimiyyəti başçısının Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov öz işinini İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikası Qanununun tələbləri əsasında quran İctimai Şura ilə sıx əməkdaşlıq əlaqələrindən, vətəndaşların qarşılaşdığı problemlərin həllinə ictimai dəstəyin təmin edilməsi üçün zəruri işlərin aparılmasının vacibliyindən danışdı.
Digər çıxış edənlər İctimai Şuranın daha aktiv və fəaliyyət istiqamətlərinə dair müzakirələr apardılar.



