“Hyundai İ20” mopedlə toqquşdu – Sürücü öldü

0
2501
qeza-tecili-yardim-bicaqlanma-kriminal

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bineqedi.com saytı qafqazinfo-ya istinadən xəbər verir ki, Binəqədi rayonu Biləcəri qəsəbəsi Natavan küçəsində “Hyundai İ20” markalı minik avtomobili ilə moped toqquşub.

Nəticədə mopedin sürücüsü Fərrux Fəttayev başından ağır xəsarət alıb.

Kliniki Tibbi Mərkəzə yerləşdirilən F.Fəttayevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Binəqədi RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

Əvvəlki məqaləBu şəxslər 2000 manat cərimə ediləcək
Növbəti məqalədəYAP-ın İdarə Heyəti toplanır – Fotolar