Bakıya əvvəlki qrafiklə suyun verilməsi nə zaman olacaq?

0
2915

Bakının su təminatında əsas rol oynayan Oğuz-Qəbələ-Bakı su kəmərində qəza baş verən ərazidə təmir-bərpa işləri hələ də bitməyib və davam edir.

Bineqedi.com-un məlumatına görə, İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsin mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu ”Xəzər Xəbər”ə bildirib ki, qəza səbəbindən paytaxt bakının bir neçə rayonunun bəzi ərazilərində fasiləsiz su təminatında problemlər yaranıb. Avqustun 22-dən etibarən mərhələli şəkildə paytaxt ərazisinə suyun verilməsinin əvvəlki qaydada olacaq.

Ceyhun Musaoğlu paytaxtda ehtiyyat su ambarlarının vəziyyətindən də danışıb. O bu kimi qəza hallarında ambarlarda olan su ehtiyyatı hesabına paytaxt ərazisinə fasilələrlə də olsa, suyun verildiyini qeyd edib.

Qurumun rəsmisi nisbətən yaxın tarixdə çəkilən Oğuz-Qəbələ-Bakı su xəttində tez-tez bu cür qəza hallarının baş verməsinə də münasibət bildirib.

Xatırladaq ki, son bir neçə gündə artıq paytaxtın bəzi ərazilərində ikinci dəfə suyun əvvəlki qrafiklə verilməsində fasilələr yaranıb. Bildirildi ki, həmin xəttin bərpası üçün 24 saat iş aparılır və tezliklə yekunlaşacaq.

Əvvəlki məqaləPaşinyanın Ermənistana töhfəsi – işsizlik pik həddə çatıb – ŞƏRH
Növbəti məqalədəYeni quraşdırılmış işıqforu yararsız hala saldı – Video