YAP Binəqədi rayon təşkilatı partiya fəalları ilə növbəti görüşünü keçirib

0
84

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının Binəqədi rayonu, 28 may qəsəbəsi, 8-ci küçə ünvanlı ərazi ilk partiya təşkilatında partiya fəalları ilə görüş keçirilib.

Bineqedi.info-nun məlumatına görə, görüşü giriş nitqi ilə açan YAP-ın üzvü, 306 saylı orta məktəbin direktoru Gültəkin Ədilova partiya üzvlərini və qonaqları salamlayıb. Bildirib ki, bu gün Azərbaycanda cənab prezident İlham Əliyev Əliyev tərəfindən təhsilə böyük diqqət ayrılır. Hal-hazırda istifadə də olan bu məktəb 1 il bundan qabaq istifadəyə verilib və müsair tələblərə cavab verən şəraitlə təmin olunub. Belə məktəblərin sayı onlarladır. Bu tipli məktəblərin tikintisi bütün bölgələri əhatə edir. Bu gözəl şəraitdə Azəbycanının vətənpərvər gəncləri yetişir və formalaşır.

yap-bineqedi-rayon-ramiz-goyusov

Daha sonra YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirib ki, rayon təşkilatı mütəmadi olaraq partiya üzvləri ilə görüşlər keçirir. Bu cür görüşlərin keçirilməsində əsas məqsəd partiya üzvləri ilə sıx ünsiyyətin qurulması, onların fikir və təkliflərinin öyrənilməsi, onların ictimai-siyasi proseslərdə fəal iştirakını təmin etməkdir. Ramiz Göyüşov nitqində ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətdən bəhs edib. Azərbaycanımızı qorumağın, onun müstəqilliyinin və suverenliyinin daimi, əbədi olmasının hər bir vətəndaşın ən vacib və müqəddəs borcu olduğunu diqqətə çatdırıb. İnsanlarımızı, partiya üzvlərini bu cür siyasi situasiyalarda daha da ayıq-sayıq olmağa, dövlət başçısının ətrafında sıx birləşməyə çağırıb.

Görüş bədii hissə ilə davam etdirilib. Prezident cənab İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi İli” elan olunması ilə əlaqədar məktəb şagirdlərinin ifasında şeir və mahnılar səsləndirilib.

Bineqedi.info

Əvvəlki məqaləBinəqədi qəsəbəsində daha bir küçədə asfalt örtüyü yenilənib – Fotolar
Növbəti məqalədə“Beluqa Tahir”in Binəqədidə gizli anbarları var imiş – Əməliyyat