Binəqədidə parkdan meyit tapıldı

0
2150
meyit-qetl

Bakıda parkdan meyit tapılıb.

Bineqedi.com lent.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.

Rayonun A.Hüseynov küçəsi, 10 ünvanında yerləşən parkda naməlum kişi meyiti aşkar edilib.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin Bakı şəhər sakini 42 yaşlı Ülvi Vahid oğlu Bayramov olması müəyyən edilib.

Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır.

***

Sentyabrın 20-də axşam saatlarında Bakının Binəqədi qəsəbəsi ərazisində bir yeniyetmənin 400 manat pulunun və mobil telefonunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən 3 yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Əvvəlki məqaləUşaqlar arasında yayılan yeni infeksiyanın əlamətləri nədir? – VİDEO
Növbəti məqalədəPrezident İlham Əliyevə çoxməqsədli “JF-17C” təyyarələri təqdim olunub – Foto