Polis ahıl şəxsləri aldadaraq pullarını ələ keçirən daha iki nəfəri müəyyən edərək saxlayıb

0
2998
besinci-polis-bolmesi

Yaşlı nəslin nümayəndələrinə ev telefonları vasitəsilə zəng edərək yaxın qohumlarının qəza törətməsi adı ilə onların pul vəsaitlərinin ələ keçirilməsi barədə daxil olan müraciətlər üzrə polis əməkdaşları tərəfindən zəruri tədbirlər davam etdirilir.

Bineqedi.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, eyni üsulla dələduzluğa məruz qalan paytaxt sakini olan 79 yaşlı qadın bu barədə polisə müraciət edib. Zərərçəkən oktyabrın 5-də bacısının yol-nəqliyyat hadisəsi törətdiyi barədə telefonla ona xəbər verildiyini və 20 000 manat istənildiyini bildirib. O, evinə gələn tanımadığı şəxslərə həmin məbləği verəndən bir qədər sonra isə aldadıldığını anlayaraq polisə məlumat verib.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə kuryer qismində bu qanunsuz əməllərə cəlb olunan Bakı şəhər sakinləri M.Əsgərli və G.İsrafilov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

“Bir daha vətəndaşlara diqqətli olmağı, daxil olan zənglər üzrə onlara verilən məlumatları dəqiqləşdirməyi və tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməməyi, bu cür hallarla rastlaşdıqda isə dərhal Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə məlumat vermələrini tövsiyə edirik”, – deyə DİN məlumatda bildirib.

Polis ahıl şəxsləri aldadaraq pullarını ələ keçirən daha iki nəfəri müəyyən edərək saxlayıb

Əvvəlki məqaləBakı metrosunda xanım mayora xəsarət yetirildi: “Məni işarə edərək nəsə deyirdi”
Növbəti məqalədəBu dərmanlar əhaliyə pulsuz veriləcək – VİDEO