Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – Foto

0
3258
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Nicat Mustafayev küçəsində içməli su borusunun təmiri, I mədən, korpus 22 küçəsində sahibsiz heyvanların yığışdırılması, Axundov küçəsinin asfaltlanması, III mədən , korpus 125 ünvanında yolun asfaltlanması və kanalizasiya xəttinin təmizlənməsi, III mədən , korpus 125 ünvanında küçə işıqlarının quraşdırılması, 585 saylı marşurut xəttinin bərpa olunması, M.Ələkbərov küçəsi, döngə 1 ünvanında kanalizasiya xəttinin təmizlənməsi və boruların dəyişdirilməsi və III mədən korpus 125 ünvanında kanalizasiya xəttinin çəkilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com
Bir 5 nəfər, skripka və kütlə şəkili ola bilər
Bir 13 nəfər və mətn şəkili ola bilər
Bir 7 nəfər, kütlə və mətn şəkili ola bilər
Əvvəlki məqaləBinəqədi rayonunda ağacəkmə aksiyası keçirilib – Foto
Növbəti məqalədəƏlilliyi olan şəxslərə kredit verilmir? – AÇIQLAMA