“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Binəqədi rayonunun Xocəsən qəsəbəsi Çingizxan və Universitet küçələrində 1750 ədəd Eldar şamı ağacları əkilmişdir.
Bineqedi.com saytı xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirildi. Aksiyanın keçirilməsində məqsəd rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarının daha da genişləndirilməsi, rayonun ekoloji tarazlığının qorunması, insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin təbliğ olunmasından ibarətdir.
Qeyd edilməlidir ki, aksiya Bakı şəhərinin bütün rayonlarında keçirilir və mövsüm ərzində paytaxtda yeni ağac, kol və güllərin əkilməsi, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlər davam etdiriləcəkdir.