Bakıda kişi binadan yıxılıb.
Bineqedi.com lent.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində baş verib.
66 yaşlı Zakir Tahir oğlu Orucov binanın 9-cu mərtəbəsində yaşadığı mənzilin pəncərəsində yıxılaraq ölüb.
***
Bakıda poçt şöbəsində ölüm hadisəsi baş verib.
Hadisə paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən poçt şöbəsində qeydə alınıb.
Poçt şöbəsinə gələn qəsəbə sakini, 1960-cı il təvəllüdlü Kazım Nadirov qəflətən ölüb. Onun ölüm səbəbi məlum deyil.
Hər iki faktla bağlı araşdırma aparılır.