Şəhid Hüseynov Həci Kərim oğlunun il dönümü ilə əlaqədar məzarı ziyarət edilmişdir.
Bineqedi.com saytı xəbər verir ki, ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, millət vəkili Səbinə Xasayeva, Binəqədi Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış idarəsinin rəisi Hüseyn Quliyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov və digərləri iştirak edirdilər.
Ziyarətdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.


