Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – Foto

0
3018
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin 5-ci şimal küçəsində kanalizasiya xəttində yaranan problemlərin qarşısının alınması, Ordubadi küçəsində sahibsiz heyvanların yığışdırılması, X.Məlikaslanov küçəsində dayanacaqların yerləşdirilməsi və kanalizasiya xəttinin yuyulması, Haramı küçəsi (314 saylı məktəbin qarşısı) ünvanında kanalizasiya xəttinin yuyulması və ətrafının təmiz saxlanılmasına nəzarətin artırılması, 291 saylı baxçanın həyətində qurumuş ağacın götürülməsi, Qabil Süleymanov küçəsində küçə işıqlandırılmasında yaranan problemlərin aradan qaldırılması, Asəf Zeynallı və Ordubadi küçələrində küçə işıqlandırılmasında yaranan problemlərin aradan qaldırılması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com
Bir 7 nəfər və kütlə şəkili ola bilər
Bir 6 nəfər şəkili ola bilər
Bir 4 nəfər və dərs oxuyan insanlar şəkili ola bilər
Əvvəlki məqaləBakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək – Hansı ünvanlardan başlanacaq?
Növbəti məqalədəBinəqədidə arvadını öldürən vəzifəli şəxsə bir il həbs cəzası verildi