Binəqədidə qışa hazırlıq müzakirə olundu – FOTO

0
3004
Binəqədi Rayon İcra Hakimiyyətində 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlığın yekunu, qış aylarında İcra Hakimiyyətinin, təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrə həsr olunmuş müşavirə keçirildi.
Bineqedi.com saytına verilən məlumata görə, müşavirədə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Şəhər Təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov, Bakı Şəhər Mənzil–Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehraliyev, Rayon İcra Hakimiyyəti başçısının müavin və şöbə müdirləri, rayonun təsərrüfat xidmətlərinin, idarə, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxış edərək, 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlərin vəziyyəti haqqında ətraflı məlumat verərək, qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində Qərərgah üzvlərinin, rayonun ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağını, yaranan çatışmamazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüldüyünü bildirdi. Rayon İcra Hakimiyyətinin başçısı çıxışında, əsas, köməkçi məhəllədaxili yolların, səkilərin qardan vaxtında təmizlənməsi üçün cavabdeh təşkilatların müəyyənləşdirildiyini, xüsusi texnikaların saz vəziyyətə gətirildiyini, inventar, qum və duz tədarükü görüldüyünü, işçilər arasında xüsusi iş qrafiki və növbətçilik təsdiq olunduğunu, eyni zamanda, rayondakı idarə, təşkilat və özəl qurumlara, bələdiyyələrə qarlı günlərdə özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə cağırış edildiyini qeyd etdi və qarşıda duran vəzifələrin icrası ilə bağlı müəssisə rəhbərlərinə tapşırıqlar verdi.
Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Elmin Zamanov çıxış edərək, 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlıq işlərini tələb olunan səviyyədə təşkil etmək məqsədilə Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamından irəli gələn tapşırıqlara uyğun olaraq təsdiq edilmiş tədbirlər planına əsasən qərərgah və operativ işçi qrupunun yaradıldığı, qum və duz tədarükü görüldüyü, texnika və nəqliyyat vasitələrinin hazır vəziyyətə gətirildiyi, texnikalara xidmət edən işçilərə isə təlimatların verildiyi haqqında məlumat verdi.
Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Şəhər Təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov və Bakı Şəhər Mənzil–Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehraliyev çıxışlarında qışa hazırlıqla bağlı yaradılan qərargah, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərlərinə havaların sərt keçəcəyi günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalı olduğlarını, eləcə də verilən tapşırıqların icrası ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayaraq, yarana biləcək problemlərin əlaqəli şəkildə və operativ sürətdə aradan qaldırılması üçün müvafiq tövsiyələr verdilər.
Müzakirələr zamanı məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Bineqedi.com
Bir 5 nəfər və mətn şəkili ola bilər
Bir 3 nəfər və platforma şəkili ola bilər
Bir 4 nəfər şəkili ola bilər
Bir 5 nəfər və mətn şəkili ola bilər
Əvvəlki məqaləPrezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib – Fotolar
Növbəti məqalədəAmbulator müalicə dərmanlarının icbari tibbi sığorta təminatına alınması son oxunuşda təsdiqlənib