Bakının Binəqədi rayonu, Azadlıq prospektində vətəndaşın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Bineqedi.com xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər tərəfindən doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin qapısı müvafiq vasitələrlə açılıb və 1915-ci il təvəllüdlü Əhmədova Nübar Mayıl qızının meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
***
Bakıda Gürcüstan vətəndaşı dəm qazından boğulub.
1957-ci il təvəllüdlü Qacıyeva Nəzirə Yolçu qızı yaşadığı Binəqədi rayonu, Sulutəpə qəsəbəsində evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.