“Minimum əməkhaqqı və pensiya məbləği yüksələcək”

0
2114

“Gələn ilin əvvəllərindən başlayaraq bütün pensiyaçıların pensiyalarının sığorta hissəsi təxminən 9% artacaq”.

Bineqedi.com xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu gün keçirilən komitə iclasında bildirib.

“Pensiyaların minimum məbləği və minimum əməkhaqqı yüksələcək. İşsizlikdən Sığorta Fondunun gələn il üçün nəzərdə tutulan büdcəsinin 55%-i aktiv məşğulluq tədbirlərinə yönəldiləcək”, – deyə komitə sədri bildirib.

Əlilliklə bağlı sənədlərin elektron formada əldə edilməsi mümkün olacaq. 

Bu barədə Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsində, Miqrasiya Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Tibbi sığorta haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Təhsil haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Qanunun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur.

Azərbaycanda bir sıra sahələr üzrə sənədlərin elektron formada əldə edilməsi qaydası genişləndirilir.

Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Tibbi sığorta haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Təhsil haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, qeyd edilən tədbirlər çərçivəsində hazırlanmış qanun layihəsində aşağıda təsnifatlananan sənədlərdə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə bilməsi və sözügedən məlumatların EHİS üzərindən təqdim edilməsinin həmin sənədlərin təqdim edilməsinə bərabər tutulması imkanı ilə bağlı müddəalar təklif olunur:

• əmək və əhalinin sosial müdafiəsi sahəsi üzrə 

1. işçinin vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətləri, habelə onun peşəkarlıq, işgüzarlıq səviyyəsini və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnaməsi;

2. ünvanlı dövlət sosial yardımının təyin olunması və təyin olunmasından imtina edilməsi barədə qərar;

3. sosial müavinətlər təyin edilməsi və təyin olunmasından imtina qərarı;

4. əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, təyin edilməsindən imtina olunması, bərpası, dayandırılması və əmək pensiyalarının bir növdən başqa növə keçirilməsi barədə qərar;

5. şəxsin əlilliyinin müəyyən olunmasına və imtinaya dair qərar;

6. şəxsin işsiz və ya işaxtaran kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması, qeydiyyatının ləğvi barədə qərarlarda, fərdi məşğulluq proqramında və fərdi məşğulluq vərəqindəki məlumatlar.

• miqrasiya sahəsi üzrə 

1. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə müvəqqəti olma müddətinin uzadılması barədə qərar;

2. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi;

3. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizin ərazisində əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsi vəsiqəsi;

4. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi;

5. qaçqın vəsiqəsi.

• səhiyyə sahəsi üzrə 

1. vətəndaşın sağlamlığının vəziyyətini əks etdirən tibbi sənəd;

2. tibbi sığorta şəhadətnaməsi;

3. ilkin tibbi-sanitariya yardımı göstərən dövlət tibb müəssisəsinin göndərişi.

• təhsil sahəsi üzrə 

1. təhsil haqqında dövlət sənədi;

2. müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə verilən arayış.

• yol hərəkətinin təşkili sahəsi üzrə

1. sürücülük vəsiqəsi;

2. nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi;

3. nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon.

• iqtisadiyyat sahəsi üzrə 

1. hüquqi şəxsin, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatı haqqında şəhadətnaməsi;

2. hüquqi şəxsin, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrindən çıxarışı;

3. hüquqi şəxsin, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının nizamnaməsi və ya nizamnaməsinə dəyişiklik;

4. lisenziya və icazə, habelə onun əlavəsində göstərilən məlumatlar;

5. daşınmaz əmlakın dövlət reyestrindən çıxarış;

6. annuitet və icbari sığorta müqavilələri;

7. icbari sığorta şəhadətnaməsi.

Beləliklə, elektron xidmətlərin təşkili və göstərilməsi sahəsində fəaliyyətin effektiv təşkili, müvafiq sahə üzrə inzibatçılığın, habelə vətəndaşların məmnunluq səviyyəsinin artırılması məqsədilə əsas həyat hadisələri üzrə təqdim olunan dövlət xidmətlərinin rəqəmsallaşdırılmasının təminatını nəzərdə tutan müddəalar aşağıdakı nəticələrin əldə edilməsinə şərait yaradacaqdır:

1. vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması – dövlət xidmətlərinin göstərilməsi zamanı tələb edilən sənədlərin şəxsin mobil telefonu vasitəsilə və ya hər hansı kompüterdən çap edilərək dövlət qurumlarına təqdim olunması imkanı şəxsin həmin sənədləri kağız daşıyıcıda əldə etmək üçün dövlət qurumuna əlavə müraciət etməsi zərurətini aradan qaldırır. Bu zaman sərf ediləcək vaxta və vəsaitə (nəqliyyat xərcləri, xidmət haqları) qənaət edilir.

2. sözügedən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsinin həmin sənədlərin təqdim edilməsinə bərabər tutulması şəxsin mobil telefonu vasitəsilə və ya hər hansı kompüterdən çap edilərək dövlət xidmətlərinin göstərilməsi zamanı təqdim olunan məlumatlara kağız daşıyıcıdakı sənədlərlə bərabər hüquqi status verir. Başqa sözlə həmin məlumatlar inzibati icraatın həyata keçirilməsi zamanı inzibati orqanlar tərəfindən hüquqi sənəd statusuna malik olduğu üçün qəbul olunur.

3. kağız əsaslı xidmətdən məlumat əsaslı xidmətə keçirilməsinin təşkil olunması – dövlət qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlərdə kağız daşıyıcıda tələb edilən sənədlərin sayını azaltmaqla həmin sənədlərin toplanılmasına və saxlanılmasına sərf edilən resurslara qənaət olunur. Bununla yanaşı, dövlət xidmətləri daha operativ göstərilir, kağız daşıyıcıda olan sənədlərin mötəbərliyinin yoxlanılmasına sərf edilən vaxta qənaət edilir. Belə ki, şəxsin mobil telefonu vasitəsilə və ya hər hansı kompüterdən çap edərək təqdim edəcəyi məlumatların mötəbərliyi Elektron Hökumət İnformasiya Sistemi üzərindən real vaxt rejimində yoxlanıla bilir.

4. dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri arasında inteqrasiyanın təmin edilməsi üzrə işlərin sürətləndirilməsi – sənədlərin üzrə məlumatların rəqəmsallaşdırılması kağız daşıyıcıda olan sənədlərin surətli qaydada elektron mühitə keçidinə səbəb olmaqla dövlət qurumları arasında elektron məlumat mübadiləsinin dairəsini genişləndirəcəkdir. Bu halda xidmətlərin proaktiv təşkili (şəxsin müraciəti olmadan) imkanı artacaq.

5. elektron xidmətlərdən daha geniş istifadə olunması nəticəsində məmur-vətəndaş təması daha da azalacaqdır.

6. ölkə vətəndaşları və digər xidmət istifadəçilərinin dövlət xidmətlərindən istifadə rahatlığı təmin ediləcək və məmnunluq səviyyəsi artacaqdır.

Əvvəlki məqaləPrezidentdən siyasi partiyalarla bağlı – Fərman
Növbəti məqalədəBinəqədidə “Gender zorakılığına qarşı birlikdə mübarizə aparaq!” mövzusunda tədbir keçirilmişdir – Foto