Binəqədidə şəhidin məzarı ziyarət olunub – Foto

0
3289
Şəhid Cabbarov Əli Baba oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olundu.
Bineqedi.com xəbər verir ki, ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı Rəhman Qəhrəmanov, Binəqədi Qəsəbə Bələdiyyəsinin sədri vəzifəsinin müvəqqəti icra edən Rəşad İsayev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Əlikram Haqverdiyev və digərləri iştirak edirdilər.
Cabbarov Əli Baba oğlu 2002-ci il yanvarın 8-də Bakının Binəqədi rayonunun Binəqədi qəsəbəsində anadan olub.
Əli Cabbarov 2008-2019-cu illərdə Binəqədi rayonu 182 nömrəli tam orta məktəbdə təshil alıb.
Elə həmin il Bakı Humanitar Kollecinə daxil olub.
2020-ci il yanvar ayında hərbi xidmətə çağırılıb və həmin ayın 14-də hərbi xidmətə yola düşüb.
Bir müddət xidmət etdikdən sonra 2020-ci il 27 sentyabr tarixində başlamış əks-hücum əməliyyatında ağır döyüşlərdə iştirak edib.
Yaxınlarının bildirdiklərinə görə Əli Cabbarov Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib, şücaət göstərib.
Oktyabr ayının 27-də Xocavənd rayonu istiqamətində gedən ağır döyüşlərdə  qəhrəmancasına şəhid olub.
Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə təltif edilənlər arasında Cabbarov Əli Baba oğlu da var. Belə ki, dövlət başçısının sərəncamına əsasən, “Vətən uğrunda”, “Fizulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Ziyarətdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.
Bineqedi.com
Возможно, это изображение 8 человек
Əvvəlki məqaləHazırda yayılan xəstəlik hansı infeksiyalara aiddir? – AÇIQLAMA
Növbəti məqalədəBinəqədi seçiciləri YAP-ın namizədlərini dəstəkləyirlər – FOTO