Binəqədidə şadlıq sarayında nöqsanlar aşkarlanıb – FOTO

0
2580

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 105 ünvanında fəaliyyət göstərən fiziki şəxs Ələkbərov Allahverdi Abbas oğluna məxsus “Üzeyir” şadlıq sarayında yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bineqedi.com-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə normativ sənədlərin tələblərinə əməl edilmədiyi, həmçinin, emal prosesində texnoloji ardıcıllıq prinsipinin gözlənilmədiyi, istifadə olunan suyun filtrasiyadan keçirilmədiyi, ayrıca yuma çanaqlarının təşkil olunmadığı, sanitar qovşağın birbaşa emal sahəsinə açıldığı, havalandırma sisteminin quraşdırılmadığı, yuyucu və dezinfeksiyaedici maddələrin saxlanması üçün ayrıca sahə və ya dolabların yoxluğu, emal sahəsində və qabyuma bölümündə divar və tavanın tamlığının pozulduğu və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı zəruri tədbirlər görülüb, müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb.

 

Binəqədidə nöqsan aşkarlanan şadlıq sarayında xidmət göstərilməsi dayandırılıb | Report.az

Binəqədidə şadlıq sarayında nöqsanlar aşkarlanıb - AZƏRTAC

Əvvəlki məqaləBinəqədi Rayon İcra Hakimiyyətində vətəndaşların fərdi qəbulu keçirildi – FOTO
Növbəti məqalədəYeni dələduzluq üsulu yayılıb – Bu dəfə süni intellektlə