Binəqədidə qəza, xəsarət alanlar var – Foto

0
2911
bineqedi-rayon-polis-idaresi

Bakının Binəqədi rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi iki nəfərin xəsarət alması ilə nəticələnib.

Bineqedi.com apa-ya istinadən xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.

Belə ki, “Land Rover” markalı avtomobilin sürücüsü sükana nəzarəti itirərək nəqliyyat vasitəsini işıqforun qırmızı işığında dayanan “Hyundai” markalı avtomobilə çırpıb.

Qəza nəticəsində “Hyundai” və “Land Rover” markalı avtomobillərdə olan sərnişinlər müxtəlif bədən xəsarətləri alaraq Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları faktla bağlı araşdırma aparır.







Əvvəlki məqaləElxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – Foto
Növbəti məqalədəDİN-in bu zabitlərinin maaşları artırıldı