Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.
Bineqedi.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Azərbaycan Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Ədliyyə və Maliyyə nazirlikləri bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
Prezident İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında Fərman imzalayıb.
Fərmana əsasən, hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 10% artırılıb.
Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməli, Dövlət Agentliyi və Maliyyə Nazirliyi fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması haqqında Fərman imzalayıb.
Fərmana əsasən, əməkdaşların aylıq vəzifə maaşları orta hesabla 10% artırılıb.
Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməli, Dövlət Gömrük Komitəsi və Maliyyə Nazirliyi fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
***
Prezidentin Fərmanına əsasən, Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10% artırılıb.
Nazirlər Kabineti, Dövlət Miqrasiya Xidməti və Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidirlər.
***
Dövlət başçısının digər Fərmanı ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10% artırılıb.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Qeyd olunan fərmanlar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.