Azərbaycanda güzəştli ipoteka kreditləri ilə bağlı MÜHÜM TƏKLİF

0
3321
pensiya-manat

“Bu il ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən əlavə 100 milyon manat ayrılacaq. Dövlət büdcəsindən ayrılan bu vəsaitlər daha çox sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur. 2025-ci ildə 5 minə yaxın vətəndaşımız ipoteka hesabına mənzil sahibi ola biləcək”.

Bineqedi.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov deyib.

O bildirib ki, güzəştli kreditlər maksimum məbləğ 100 min manat olmaqla 4 faizlə 30 il müddətinə təklif olunur:

“Mövcud bazar qiymətlərini nəzərə alaraq güzəştli ipoteka kreditlərinin maksimum məbləğin 100 min manatdan 150 min manatadək artırılması məqsədəuyğun olardı. Ümumilikdə, bir sıra təkliflər əvvəlki illərdə də aktual olub. O baxımdan Ombudsman İnstitutu tərəfindən əvvəlki illərdə təqdim olunan təkliflərin icrası vəziyyəti ilə bağlı monitorinq aparılması və nəticələrin məruzədə əks olunması tövsiyə olunur. Çünki, təkliflərin tətbiqi səviyyəsi səmərəlilik meyarı olaraq vacibdir və bu eyni zamanda, İnsan Hüquqları Üzrə Müvəkkil tərəfindən təqdim olunan təkliflərin hökumət tərəfindən qəbul edilərək tətbiqi səviyyəsini də göstərmiş olardı. Bir sıra təkliflərin maliyyə yükü kifayət qədər böyükdür. Bu baxımdan təkliflərin ölçüləbilən olması yanaşı, onları fiksal imkanlara uyğunluğu vacibdir”.

“Pensiya yaşına az qalmış məşğul şəxslərin də əmək hüquqlarının qorunması da mühümdür. Belə ki, bəzi vətəndaşlarımız pensiya yaşına az qalmış işdən azad olunurlar və daha sonra işlə təminatda çətinlik ilə üzləşirlər”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.

O bildirib ki, Qazaxıstan Əmək Məcəlləsinə əsasən, ştatların ixtisarı və attestasiyadan keçməmə istisna olmaqla işəgötürənin təşəbbüsü ilə pensiya yaşına çatmasına 2 ildən az qalmış şəxslərlə əmək müqaviləsinə xitam verilməsinə yol verilmir:

“Belə praktiki bir sıra digər dövlətlərdə də tətbiq olunur. O baxımdan daha məqsədəuyğun olardı ki, Azərbaycanda da pensiya yaşına 2 il qalmış vətəndaşlarımızın işəgötürən tərəfindən işdən çıxarılmasına yol verilməsin. Bu onların sosial hüquqların qorunması baxımdan vacibdir”.

 

Əvvəlki məqaləBinəqədi Rayon İcra Hakimiyyətində vətəndaşların fərdi qəbulu keçirilib – FOTO
Növbəti məqalədəAzərbaycanda oğul atasını öldürdü