Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – Foto

0
3260
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Axarsu küçəsi, döngə 2 ünvanında asfalt örtüyünün bərpa olunması, M.Ələkbərov küçəsi, döngə 7 ünvanına küçə işıqlarının çəkilməsi, C.Cabbarlı küçəsi, Ramazanov küçəsi və İsfahani küçəsinin kəsişməsində kanalizasiya xəttinin yuyulması, Ramil Quliyev küçəsində kanalizasiya quyularının yeni qapaqla təmin olunması, II mədən, korpus 52 ünvanında qurumuş ağacın götürülməsi ilə bağlı müraciətin ünvanlanması ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com 
Bir 3 nəfər şəkili ola bilər
Əvvəlki məqaləDaxili Qoşunların yaranmasından 33 il ötür