Binəqədidə Vətən müharibəsi şəhidi Vüsal Rüstəmovun xatirəsi anılıb – Foto

0
3469
Şəhid Rüstəmov Vüsal Valeh oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olundu.
Bineqedi.com-a verilən məlumata görə, ziyarətdə ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı Rəhman Qəhrəmanov, Xocəsən Bələdiyyəsinin sədri Nigar Məmmədova və digərləri iştirak edirdilər.

Qeyd edək ki, Rüstəmov Vüsal Valeh oğlu 12 mart 1993-cü ildə Cəbrayıl rayonunun Alıkeyxalı kəndində anadan olub. Məcburi köçkün düşdükdən sonra ailəsi əvvəlcə Şirvan şəhərində, 1995-ci ildən isə Yasamal rayonunda məskunlaşıb. 2010-cu ildə Yasamal rayon 53 saylı tam orta məktəbin məzunu olmuşdur. 2011-ci ilin aprel ayından 2013-cü ilin oktyabr ayınadək həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət Binəqədi neft şirkətinin mühafizə xidmətində çalışmışdır.

Cəbrayıl rayonu işğal olunduğu zaman Vüsal 6 aylıq körpə idi. O, doğma el-obasını görməsə də, ailəsindən eşitdikləri onda vətənə çox böyük məhəbbət yaratdığından yenidən ordu sıralarına qatılmaq qərarına gəlir. 2019-cu ildə Azərbaycan Respublikasının quru qoşunlarında gizirlik kursunu bitirərək, N saylı hərbi hissənin tağım komandiri vəzifəsinə təyinat alır. Daha sonra xidmətini Goranboy, Mingəçevir rayonlarında yerləşən hərbi hissələrdə davam etdirir.

27 Sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində Füzuli, Qubadlı, Zəngilan rayonlarının işğaldan azad edilməsində böyük şücaət göstərmişdir. 10 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Binəqədi rayonu Xocəsən qəsəbəsində yerləşən Sulutəpə məzarlığında dəfn olunmuşdur. Subay idi.

Şəhidin anası Aidə Haqverdiyeva oğlu ilə fəxr etdiyini deyir: “Füzuli, Cəbrayıl alınanda zəng elədi. Dedi, atama de ki, torpağını azad etmişəm. Gəlib aparacağam sizi torpağınıza, özümə də çadır toyu edəcəyəm. Oğlumla fəxr edirəm. O, 28 illik məcburi köçkün həyatımıza son qoydu. O qədər cəsarətli oğlan idi, vətənpərvər idi. Deyirdi ki, mən torpağımı görməmişəm, amma mən gedib alacağam o torpağı, şəhid olacağam, şəhidlik böyük zirvədir”.

Vüsal Rüstəmov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”“Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.
Bir 6 nəfər şəkili ola bilər
Bir 4 nəfər, abidə və mətn şəkili ola bilər
Bir 12 nəfər və bunu deyən yazı "XİYABAN SOHID" şəkili ola bilər
Əvvəlki məqaləElxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – Foto
Növbəti məqalədəYanğın təhlükəli taxta sexinin fəaliyyəti dayandırıldı – Video