Ə.D. Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında xidmət vətəndaşların ürəyincədir – Minnətdarlıq

0
679
ejder-melikov-adina-xestexana-baku

Azərbaycanda səhiyyənin inkişafı, tibb ocaqlarının maddi-texniki bazasının yaxşılaşdırılması üçün dövlət səviyyəsində zəruri addımlar atılır. Məhz bu dəstəyin nəticəsidir ki, son illər yüzlərlə tibb ocağı tikilib istifadəyə verilib və bu yöndə işlər uğurla davam etdirilir.

Vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılması əsas prioritetlərdəndir.

Bineqedi.info-nun məlumatına görə, Bakı şəhərində vətəndaşların tibbi xidmətlə təmin edildiyi, onların müalicə və müayinə işinin yüksək səviyyədə təşkil edildiyi xəstəxanalardan biri də Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasıdır.

Xəstəxananın baş həkimi Məmmədov Bəyalı Bəxtiyar oğludur.

ejder-melikov-adina-xestexana-baku2.jpeg

6 saylı Birləşmiş Şəhər Xəstəxanasında vətəndaşların yüksək səviyyəli tibbi xidmətlərdən yararlanmaları ilə bağlı çox mühüm işlər görülüb. Xəstəxanada tibbi xidmətin keyfiyyətinin artırılması ilə yanaşı, xəstələrin rahatlığı da təmin olunub.

Bu yaxınlarda səhhətində problem yaranan və bununla əlaqədar Heydər Əliyev Fondunun prezidenti, I vitse-prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlayan paytaxt sakinlərindən biri məhz Fonddan göndərilən bildiriş əsasında Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında cərrahiyyə əməliyyatı olunub.

ejder-melikov-adina-xestexana-baku3.jpeg

Əməliyyat yüksək səviyyədə icra olunub. Cərrahiyyə əməliyyatı olunan şəxsi ziyarət zamanı xəstəxanada xidmətin yüksək səviyyədə, vətəndaş məmnunluğu təmin olunaraq, təmənnasız təşkil olunduğunun şahidi olduq. Xəstəxanada əməliyyat olunan şəxs tibb ocağının baş həkimi Bəyalı Məmmədova, baş həkimin müavini İsrayıl Qasımova, cərrahiyyə şöbəsinin müdiri Feyruz Verdiyevə, bütün tibb işçilərinə güləriz və xoş münasibətə, diqqətə görə minnətdarlığını bildirdi.

ejder-melikov-adina-xestexana-baku6.jpeg

Xəstəxanada belə savadlı və peşəkar, dəyərli həkimlərin çalışması alqışa layiqdir.

Xəstəxananın həkimləri insanların şəfa tapması naminə əllərindən gələni əsirgəmir, mehribancasına nəvaziş göstərirlər.

ejder-melikov-adina-xestexana-baku1.jpeg

Biz də öz növbəmizdə göstərdikləri diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, xəstələrə nümunəvi xidmətə görə isə Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimlərinə və tibb bacılarına çox sağ olun deyir, dərin minnətdarlığımızı bildiririk.

ejder-melikov-adina-xestexana-baku4.jpegejder-melikov-adina-xestexana-baku5.jpeg

Bineqedi.info

Əvvəlki məqalə“Nəsimi İli” münasibəti ilə 299 nömrəli tam orta məktəbdə tədbir keçirilib
Növbəti məqalədəBinəqədidə su quyusundan meyiti tapılan şəxsi tanışları öldürübmüş – Rəsmi