Bakıda altı uşaq tonqala düşüb

0
2218

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 18.03.2025-ci il tarixində saat 19:30-dan etibarən Xətai, Binəqədi, Suraxanı, Sabunçu, Qaradağ rayonlarının ərazisindən tonqalda xəsarət alma ilə bağlı 6 müraciət daxil olub”.

Bineqedi.com xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Məlumatda qeyd olunub ki, çağırış ünvanlarına dərhal təcili tibbi yardım briqadaları cəlb olunub.

“Xəsarət alan 8 yaşlı (qadın cinsli) azyaşlı hər iki qolun və qarın nahiyəsinin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub. Digər xəsarət alan 5, 6 və 11 yaşlı (kişi cinsli) azyaşlılara isə bədənin müxtəlif nahiyələrinin yüngül termiki yanığı diaqnozu ilə yerində tibbi xidmət göstərilib. İki azyaşlının isə tibbi xidmətdən imtinası qeydə alınıb”,- deyə məlumatda əlavə olunub.

Əvvəlki məqalə“Bu gün də Xankəndidə erməni əhalisi var, onlara söz deyən yoxdur” – Video
Növbəti məqalədəBu xəstəxanaya gələn sürücülər tez-tez CƏRİMƏLƏNİR – VİDEO