Binəqədidə “Açıq qapı” formatında növbəti görüş keçirilib

0
57
elxan-allahverdiyev-qebul-bineqedi

M.Ə.Rəsulzadə Bələdiyyəsinin inzibati binasında Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin “Açıq qapı” formatında növbəti görüşü keçirilib.

Bineqedi.info Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri, və RİH başçısının M.Ə.Rəsulzadə QİƏD üzrə nümayəndəsi və xidmət sahələrinin rəhbərləri iştirak edib.

elxan-allahverdiyev-qebul-bineqedi1.jpg

Müraciət edən sakinlər əsasən su təchizatının yaxşılaşdırılması, kanalizasiya şəbəkəsinin yuyulması, küçələrin işıqlandırılması, binaların dam örtüyü və girişlərinin təmir olunması və s. problemlərin aradan qaldırılmasında köməklik göstərilməsini xahiş ediblər. Görüşə gələn sakinlər çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verib.

Görüşdə sakinlər tərəfindən qaldırılan digər problemlər isə RİH başçısının tapşırığı ilə yerində öz həllini tapıb.

Bineqedi.info

Əvvəlki məqaləBinəqədidə su quyusundan meyiti tapılan şəxsi tanışları öldürübmüş – Rəsmi
Növbəti məqalədəBinəqədidə itkin düşmüş gənc qadın tapılıb