Binəqədidə şəhidin məzarı ziyarət olunub – Foto

0
3367
Binəqədi rayonunda Aprel döyüşlərinin şəhidi Emin Bağırovun anım günü ilə əlaqədar məzarı ziyarət olundu.
Bineqedi.com xəbər verir ki, ziyarətdə şəhid ailələri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Füzuli Mehrabzadə, Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati ərazisi üzrə nümayəndəliyinin, Binəqədi qəsəbə bələdiyyəsinin məsul əməkdaşları, rayon ictimaiyyəti iştirak etdilər.
Mərasimdə şəhidlərin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və gül dəstələri düzüldü.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova şəhidlərin əziz xatirəsini ehtiramla yad edərək çıxışında qeyd etdi ki, Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən biri olan şanlı Aprel döyüşləri Vətən müharibəsinə aparan yolun mühüm mərhələsi kimi tarixə düşüb. 2016-cı ilin aprelində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatlarına layiqli cavab verdi və dördgünlük müharibə zamanı böyük uğurlar qazandı. Bu döyüşlər təkcə hərbi qələbə deyil, eyni zamanda xalqımızın milli ruhunun gücünü, birliyini və ordumuzun qüdrətini nümayiş etdirdi. Bu birlik Vətən müharibəsində düşməni əzən “Dəmir yumruğ”a çevrildi. Azərbaycan tarixinin qürurverici səhifələrindən biri olan 2016-cı il Aprel döyüşləri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan Ordusunun hərbi potensialına, döyüş qabiliyyətinə, təchizatına görə qüdrətli ordular sırasında olduğunu bir daha sübut etdi. 2020-ci ilin sentyabr ayının 27-də başlanan 44 günlük Vətən müharibəsi işğal altında olan bütün torpaqlarımızın azad olunması ilə nəticələndi, tarixi Zəfər qazanıldı, ədalət bərpa edildi.
Vətənimizin ərazi bütövlüyünün bərpası və suverenliyimiz uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.
Bir 3 nəfər və mətn şəkili ola bilər
Bir 3 nəfər şəkili ola bilər
Əvvəlki məqaləElxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – Foto
Növbəti məqalədəBinəqədi rayonunda genişmiqyaslı iməclik keçirilib – Foto