Binəqədidə konfrans keçirilib – Foto

0
3279

Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfransın rayon mərhələsi keçirilib.

Bineqedi.com xəbər verir ki, konfransda Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının və Binəqədi RİH-in məsul şəxsləri iştirak ediblər.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov tədbirin gedişatına və şagirdlərə uğurlar arzu edərək bildirib ki, keçirilən müsabiqə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, Ulu Öndər irsinin gənc nəsil arasında təbliği, eyni zamanda, gənclərin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədi daşıyır. Müstəqil Azərbaycan dövləti bu günki inkişaf mərhələsinə asan yolla çatmayıb. Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar

Binəqədi RİH başçısının müavini Sevinc Süleymanova bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin nümayəndələrinə doğma vətənə sevgi, milli həmrəylik və qəhrəmanlıq hisslərin aşılanması, onlarda vətənpərvərlik ruhunun yüksəlməsi, Azərbaycanın tarixi qələbəsinin təbliğ edilməsi, istedadlı şagirdlərin inşa yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılmasıdır.

Ömrünü və bütün həyatını xalqına, dövlətə xidmətə həsr etmiş ümummilli lider Heydər Əliyevin milli birlik və azərbaycançılıq ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxışının sonunda Sevinc Süleymanova məktəblilər arasında Ulu Öndər irsinin və Azərbaycan tarixinin təbliği və istedadlı gənclərin öz yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmələri üçün edilən təşəbbüsə görə Bakı Şəhər İcra Hakimiyyətinə təşəkkürünü bildirib və növbəti mərhələdə şagirdlərə müvəffəqiyyətlər arzu edib.

Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov tədbir iştirakşılarına ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu və siyasi fəaliyyəti barədə ətraflı məlumat verərək, dahi liderin keçdiyi şərəfli və mənalı həyat yolundan, dövlətimizin, xalğımızın bu günü üçün etdiyi fədakarlıqlardan söhbət açıb.

Müsabiqədə təqdim olunan 5 mövzu – “Rəvvadilər dövləti”, “Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalı-Kürəkçay müqaviləsi”, “Birinci Dünya müharibəsi və azərbaycanlı generallar”, “Heydər Əliyev – dövlət quruculuğu siyasəti”, “Qarabağ Zəfəri–Şəxsiyyət faktoru” mövzuları üzrə rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəbindən 193 nəfər şagirdin yazı işi daxil olmuş, münsiflər heyəti tərəfindən birinci mərhələdə iştirakçılardan 20 nəfərin yazı işi qənaətbəxş qəbul edilmiş, 10 nəfər şagirdin yazı işi isə rayon mərhələsinə vəsiqə qazanıb.

Konfransın sonunda müsabiqənin rayon mərhələsinə vəsiqə qazanan şagirdlər təqdimatları ilə çıxış ediblər. Müsabiqədə fərqlənən iştirakçılar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.

Bineqedi.com





Əvvəlki məqalə“Heydər Əliyev və Azərbaycan tarixi” adlı yazı müsabiqəsinin qalibləri ilə görüş keçirilib – FOTO
Növbəti məqalədəBakıda 10 min manatlıq oğurluq edən şəxsin üzərindən narkotik də tapıldı