Binəqədidə oğurlanmış avtomobillər başqa ərazidən tapılıb

0
38
bineqedi-yol-temir-novxani

Bakının Binəqədi rayonunda oğurlanmış avtomobillər tapılıb.

Hadisə oktyabrın 25-də paytaxtın Binəqədi rayon, Q.Qarayev küçəsində baş verib.

Belə ki, A.Xəlilova məxsus açarını üzərində unutduğu “Mitsubishi” markalı minik avtomobil qaçırılıb.

Binəqədi Rayon Polis İdarəsi (RPİ) 4-cü Polis Şöbəsi (PŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qaçırılmış avtomobil Biləsuvar rayonunda saz vəziyyətdə tapılaraq sahibinə təhvil verilib.

Bundan başqa, oktyabrın 27-də gecə saatlarında Binəqədi rayon, Kazımovski küçəsində R.Mustafayevə məxsus “Hyundai Sonata” markalı avtomobil qaçırılıb.

Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qaçırılmış avtomobil Tbilisi prospektində saz vəziyyətdə tapılaraq sahibinə təhvil verilib. Hər iki faktla bağlı araşdırma aparılır.report

Əvvəlki məqaləBinəqədidə marketdən viski oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb
Növbəti məqalədəBinəqədidə “Nəsimi dühası-650 il” adlı layihə çərçivəsində esse müsabiqəsi keçirilib