Bu ixtisaslarda qəbul balları ARTACAQ

0
2152
imtahan

Ali məktəblərə qəbul imtahanlarında keçid ballarındakı dəyişikliklər ola bilər.

Bineqedi.com milli.az-a istinadən xəbər verir ki, müəyyən ixtisaslarda qəbul balları artacağı gözlənilir.

Təhsil eksperti Elçin Əfəndinin açıqlamasına görə, bu il Ali məktəblərə qəbul olmaq istəyənlərin sayı çox olduğuna görə rəqabət daha da güclənəcək.

Ekspert qeyd edib ki, artım gözlənilən ixtisalar bunlardır:

“1-ci ixtisas qrupunda informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, yeni yaradılmış proqram təminatı mühəndisliyi, o cümlədən süni intellekt istiqaməti üzrə ixtisaslar. Həmçinin 2-ci ixtisas qrupunda maliyyə, Beynəlxalq ticarət və Logistika iqtisadiyyat ixtisasları, 3-cü ixtisas qrupunda hüquqşünaslıq, Dövlət və ictimai münasibətlər, erməni, ispan, Koreya, Çin, yapon dili tərcümələri, pararlel olaraq ingilis dili tədrisi ilə xarici dil müəllimliyi.

Bundan əlavə, ingiliscə tədris olunan stomatologiya, biotexnologiya, psixologiya ixtisaslarında da artım gözləyirik.

5-ci ixtisas qrupunda isə dizayn, təsviri incəsənət, fiziki tərbiyə müəllimliyi – bunlarda azı 3-5 bal, hətta daha çox artım ol bilər.

Bundan başqa, regionşünaslıq, həmçinin rus dili üzrə tərcümə, aqrar yönümlü ixtisaslar, biznesin idarə edilməsi, turizm üzrə ixtisaslar, muzeylə bağlı, din və İslamşünaslıq, bağçılıq-tərəvəzçilik, baytarlıq və ekologiya üzrə qəbul ballarında azalma müşahidə olunacaq.

Həmçinin 4-cü ixtisas qrupunda da azalma ola bilər. Buna səbəb isə Qarabağ Universitetinin plan yerlərinin açılmasıdır.

“Bəzən abituriyentlər imtahanda elə xətlə yazırlar ki, oxumaq olmur”.

Bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, belə işlər yoxlanılan zaman ekspertlər oxumaqda çətinlik çəkirlər, bu səbəbdən həmin işlər yoxlanılmır.

“Bu gün 9-cu siniflərin buraxılış imtahan nəticələrinin yoxlanılması yekunlaşacaq”.

Onun sözlərinə görə, yubanma yeni proqram yenilənməsi və esselərin yoxlanması ilə bağlıdır: “Mənə söz veriblər ki, bu gün imtahanların nəticələrinin yoxlanılması yekunlaşacaq”.

“2025-ci ildə buraxılış imtahanlarında iştirak edən orta statistik 11-ci sinif şagirdinin balı 132.33, 2024-cü ildə isə 132.09 olub. Bu mərhələdə toplanıla biləcək maksimal bal 300-dür”.

DİM sədri, həmçinin gələcək imtahan iştirakçılarına davranış qaydalarına xüsusi diqqət yetirmələri ilə bağlı çağırış edib: “Bir daha imtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, qayda pozuntularına yol verən şəxslərin bütün nəticələri ləğv olunur və onlar ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək şanslarını itirirlər. Yəni qayda pozuntusuna yol verənlər qəbul imtahanlarının ikinci cəhdinə də buraxılmırlar, həmçinin onlar birinci mərhələnin (buraxılış imtahanının) nəticəsinə əsasən V ixtisas qrupunun müsabiqəsində iştirak hüququnu itirirlər”.

Əvvəlki məqaləCərimələr bu halda ləğv olunacaq – Qanuna dəyişiklik
Növbəti məqalədəBinəqədidə “Konstitusiya Dövlətimizin Milli Sərvətidir” adlı tədbir keçirilib – FOTO