Binəqədi rayonunda genişmiqyaslı iməclik keçirilib – Foto

0
2162
Paytaxtda keçirilən ümumşəhər iməciliyi çərçivəsində Binəqədi rayonunda da ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarının daha da genişləndirilməsi, qulluq göstərilməsi məqsədilə 14 iyun 2025-ci il tarixində növbəti ümumrayon iməciliyi keçirilmişdir.
Bineqedi.com-a verilən məlumata görə, iməcilikdə rayonun kommunal təsərrüfat bilikləri tərəfindən ərazidə təmizlik işləri aparılmış, prospekt və küçələrdə yollar, səki kənarları, bina fasadları, vitrinlər, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerlərinin ətrafı yuyulmuş, yaşıllıq zolaqlarında və hasarlanmış ərazilərdə yanğın hadisələrinin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görülmüşdür. Otlaq və digər yanğına həssas tullantılar ərazilərdən təmizlənib çıxarılmış, səliqə-səhman işləri aparılmışdır.
Rayon ərazisində təmizlik və abadlıq işləri mütəmadi olaraq davam edir.
Bineqedi.com
Bir 4 nəfər və küçə şəkili ola bilər
Bir 3 nəfər şəkili ola bilər
Bir abidə şəkili ola bilər
Bir 3 nəfər, küçə və yol şəkili ola bilər
Bir 1 nəfər və mətn şəkili ola bilər
Əvvəlki məqaləAzərbaycanda Milli Qurtuluş Günü qeyd olunur
Növbəti məqalədəElxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – Foto