Ölkədə qızılca xəstəliyi ilə bağlı SON DURUM

0
9885
qizilca-peyvend-hekim

Ötən ilin bu dövründə ölkə ərazisində qızılca ilə bağlı risklər davam edirdi. Zaman-zaman uşaqlarla yanaşı, böyüklər də bu xəstəliyə yoluxurdu.

Hazırda ölkə ərazisində qızılca və suçiçəyi ilə bağlı faktiki vəziyyət necədir?

Bineqedi.com xəbər verir ki, bu barədə trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, son aylarda ölkə ərazisində qızılca xəstəliyi qeydə alınmayıb.

Qeyd edilib ki, qızılcaya qarşı profilaktik tədbirlər çərçivəsində müalicə-profilaktika müəssisələrində peyvəndləmə işləri davam etdirilir.

“Bununla yanaşı, ötən ilin eyni dövrü ilə müqayisədə, suçiçəyi xəstəliyinə yoluxma hallarında azalma müşahidə olunur”, – mərkəzdən bildirilib.

Əvvəlki məqalə“Yaşayış minimumu haqqında” Qanun qəbul edildi: sosial yardım məbləği nə qədər artacaq?
Növbəti məqalədəMəhərrəm ayı başlayır – QMİ fətva verdi